"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi qəsəbə bələdiyyəsi “Açıq qapı günü” keçirib

--2015-10-13 / 21:58

Binəqədi qəsəbə bələdiyyəsinin yaydığı məlumata görə, "Azərbaycanda yerli demokratiya” həftəsi çərçivəsində bələdiyyədə “Açıq qapı günü” keçirilib. Açıq qapıda Binəqədi qəsəbə Bələdiyyəsinin sədri Aytac Ó˜liyeva, sədr müavini Vüqar Həsənov, həmçinin, bələdiyyənin şöbə müdirləri sakinləri qəbul ediblər. Görüşdə sakinlərin qaldırdıqları problemlər dinlənilərək  aidiyyatı üzrə tapşırıqlar verilib.

Habelə layihə çərçivəsində qəsəbənin təmizliyini qoruyub saxlamaq məqsədiylə  məişət tullantıları konteynerlərinin təmirini mütəmadi apararaq,  sıradan çıxanları isə  yeniləri ilə əvəz edilib.

Layihə çərçivəsində sakinlərə müraciət də edilib.

“əziz sakinlərimiz, “Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində “Multikultural cəmiyyətdə həyat: hörmət, dialoq və qarşılıqlı fəaliyyət” adı altında bələdiyyəmiz tərəfindən müxtəlif tədbirlər keçiriləcək. Belə ki, 12-19 oktyabr tarixlərini əhatə edəcək layihədə açıq qapı günləri təşkil ediləcək, yerlərdə sakinlərlə görüşlər keçiriləcək, bələdiyyəmizin poçt qutusu bələdiyyənin girişində qoyulacaq və s.

Xahiş edirik, layihə çərçivəsində fəal olasız və bizimlə birgə əməkdaşlıq edəsiz. Çünki xidmətimizin yeganə ünvanı sizlərsiz!

QAYNAR XəTT: 012 4112180”

Belediyye.info

 

ŞƏRHLƏR